
Hüquqinfo.az bildirir ki,
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Sultan Qasımovun vəkili Sevil Məmmədova cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Bildirib ki, müvəkkilin müdafiə hüquqi pozulub. Dövlət ittihamçısı Rauf Malışov vəsatətin təmin olunmamasını istəyib.
Zərərçəkən qismində Anton Zayatsın vəkili Ağalar Quliyev də vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirin seçilməsini istəyib. Bildirib ki, təqsirləndirilən şəxs şahidlərin ifadələrinə təzyiq göstərə bilər, həmçinin zərərçəkmişin 191 min manatdan çox ziyan vurub və ziyanı ödəmək üçün təşəbbüs göstərilməyib. Vəkil həbs qətimkan tədbirinin seçilməsi məsələsinə hazırkı mərhələdə baxılmasını istəyib.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını açıqlayıb. Qərara görə, vəsatətlər təmin olunmayıb, cinayət işi məhkəmə baxışına verilib.










