
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.






