Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Monitor 58 yaşlı qadının üzərinə belə aşdı--:--
News
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Bri...--:--
News
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlan...--:--
News
Azərbaycanın turizm imkanları Pakistanda təqdim olunub--:--
News
Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib--:--
News
Monitor 58 yaşlı qadının üzərinə belə aşdı--:--
News
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Bri...--:--
News
Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlan...--:--
News
Azərbaycanın turizm imkanları Pakistanda təqdim olunub--:--
News
Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Veysəloğlu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Bugün, 13:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib. Görüşün yekununda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Görüşdə VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu, TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tərəflərin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Qarabağda təhsil mühitinin inkişaf etdirilməsi, eləcə də Qarabağ Universitetinin inkişafına dəstək istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu təhsilə dəstəyin Şirkətlər Qrupunun strateji prioritetlərindən biri olduğunu bildirib: “Bu gün Azərbaycanın aparıcı təhsil müəssisələri ilə geniş əməkdaşlığımız mövcuddur. Ötən il Qarabağ Universitetinin təqaüd proqramına qoşulmuşuq və bu il də iştirakımızı davam etdirəcəyik. Bundan sonra da təhsilin inkişafına yaxından töhfə vermək əsas prioritetlərimizdən biri olacaq. Bu istiqamət Veysəloğlu Şirkətlər Qrupunun strategiyasının mühüm tərkib hissəsidir. Keyfiyyətli təhsilin inkişafı bütövlükdə ölkənin insan kapitalının güclənməsinə xidmət etməklə yanaşı, şirkətlərin peşəkar kadr potensialının formalaşması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır”.

TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Qarabağın dayanıqlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, dövlət, özəl sektor və ictimai institutların birgə fəaliyyəti regionda təhsil imkanlarının genişləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verə bilər.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində təhsilin xüsusi yer tutduğunu diqqətə çatdırıb. R.Hacıyev qeyd edib ki, regionda insan kapitalının formalaşdırılması və gənclərin təhsil imkanlarının artırılması bölgənin hərtərəfli bərpasına xidmət edir. O, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək göstərilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişafında tərəfdaşlığın əhəmiyyətini qeyd edib. O, göstərilən dəstəyin universitetdə müasir təhsil mühitinin formalaşdırılmasına və tələbələr üçün yeni imkanların yaradılmasına töhfə verəcəyini vurğulayıb.

İmzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Britaniya aeroportlarının işini pozub

News thumbnail
cemiyyet

Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib

News thumbnail
cemiyyet

Rus ordusu daha iki kəndi işğal etdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Rus ordusu daha iki kəndi işğal etdi

Bugün, 14:50
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 14 %-dən çox artırıb

Bugün, 14:43
News thumbnail
Bugün
cemiyyet

DİN-in tabeliyində idilər, bu quruma verildi

Bugün, 14:43
News thumbnail
Bugün
dunya

Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb

Bugün, 14:38

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Bugün, 14:38
News thumbnail
Bugün
iqtisadiyyat

30 dollara almışdı

Bugün, 14:35
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan Rusiyada maliyyə və rəqəmsal texnologiyalar konfransına qatılıb

Bugün, 14:35
News thumbnail
Bugün
siyaset

Kamran Əliyev BMT-nin nümayəndələrini qəbul edib

Bugün, 14:34
News thumbnail
Bugün
siyaset

Səhiyyə Nazirliyindən Səyyan Arana

Bugün, 14:34
News thumbnail
Bugün
idman

Pezeşkian media dəstəyindən məhrum oldu

Bugün, 14:31
News thumbnail
cemiyyet

DİN-in tabeliyində idilər, bu quruma verildi

News thumbnail
cemiyyet

"Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir" maarifləndirmə kampaniyasına start verilib