
Hüquqinfo.az bildirir ki,
ABŞ ikili vətəndaşlığı olan ailələrdə uşaqların valideynlərdən biri tərəfindən oğurlanmasına şərait yaradan şəxslərə qarşı viza sanksiyaları tətbiq etməyə başlayır.
“Digər ölkələrin hökumət rəsmiləri, hakimlər, məhkəmə inzibatçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər bu cür işlərin sürətlə həllinə qəsdən mane olduqda, ailə üzvlərinin ayrılığını uzadır və uşaqların ABŞ-a qaytarılmasının qarşısını alırlar”, - deyə ABŞ dövlət katibinin yazılı bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, bununla əlaqədar Vaşinqton belə hallarda düzgün davranmadığını hesab etdiyi şəxslərə ABŞ-a giriş vizalarının verilməsinin məhdudlaşdırılmasına dair yeni siyasət həyata keçirməyə başlayır.
Rubio xəbərdarlıq edib ki, viza məhdudiyyətləri belə şəxslərin ailə üzvlərinə də şamil ediləcək.










