
Hüquqinfo.az bildirir ki,
BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb. Hüquqinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Görüşdə Azərbaycan–ABŞ strateji münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb, uzunmüddətli regional təhlükəsizlik, sülh və sabitliyin təşviqi məqsədilə ABŞ Konqresi ilə institusional əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.










