
Hüquqinfo.az bildirir ki,
Azərbaycan yığmasının Tacikistanla yoldaşlıq matçının ağır keçəcəyi gözlənilən idi.
"Hüquqinfo.az"un məlumatına görə, bunu komandanın baş məşqçisi Ayxan Abbasov matçdan (1:0) sonra mətbuat konfransında deyib.
"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Oyunun ağır keçəcəyini gözləyirdik. Motivasiya üçün qələbə lazım idi. İlk hissədə tempi artıra bilmədik. İkinci hissədə dəyişikliklərdən sonra tempi yüksəldə bildik. Ümid edirəm ki, zədəli oyunçularımız tezliklə sıraya qayıdacaq. Abdulla Xaybullayevdə ciddi zədə yoxdur. Digərlərinin də tezliklə sıraya qayıdacağına ümid edirəm. Yaxşı oynamaq üçün vaxt lazımdır. Hazırda heyət qarışıqdır. 3 gün vaxtımız var. Gənclər də qoşulub komandaya".









