
Hüquqinfo.az bildirir ki,
ABŞ, Yaponiya və Koreya Respublikası dəniz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Arktika regionunda üçtərəfli tərəfdaşlıq barədə razılığa gəlib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
"Bu gün ABŞ, Yaponiya və Koreya Respublikası dənizdə əməkdaşlığı inkişaf etdirmək, həmçinin energetika və infrastruktur da daxil olmaqla, iqtisadi layihələri həyata keçirmək üçün Arktika regionunda üçtərəfli tərəfdaşlıq qurdu", - o yazıb.
Rubio qeyd edib ki, bu tərəfdaşlığın gələcək inkişafı üçün Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə sıx qarşılıqlı fəaliyyət göstərəcəyinə ümid edir.










