
Hüquqinfo.az bildirir ki,
ABŞ-ın ər-Riyaddakı səfirliyi Yaxın Şərqdə artan gərginliklə əlaqədar bölgədəki vətəndaşlarına xəbərdarlıq edib.
Hüquqinfo.az xəbər verir ki, səfirlik amerikalıları daha diqqətli olmağa, mümkün uçuşların ləğvi, hava məkanlarının bağlanması və səfərlərdə yaranacaq məhdudiyyətlərinə hazır olmağa çağırıb.
Açıqlamada husilərin Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına hücumlar həyata keçirdiyi bildirilib. Qeyd olunub ki, mövcud hərbi qarşıdurmalar qısa müddətdə daha geniş miqyas ala bilər.
Bölgəyə səfər etməyi və ya oradan ayrılmağı planlaşdıran ABŞ vətəndaşlarına hava limanlarının və aviaşirkətlərin fəaliyyətini yaxından izləmək, fövqəladə vəziyyət zamanı isə səlahiyyətli şəxslərlə əlaqə saxlamaq tövsiyə olunub.





