
Hüquqinfo.az bildirir ki,
ABŞ-ın sanksiya siyahısına daxil edilən İran aviaşirkətləri sentyabrın 21-dən Gürcüstana uçuşları dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumata görə, son reyslər sentyabrın 20-də həyata keçirilib. Qərar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin sentyabrın 8-də 27 İran aviaşirkətini sanksiya siyahısına daxil etməsindən sonra qəbul edilib.
Baş nazir İrakli Kobaxidze də İranla aviaəlaqənin dayandırıldığını təsdiqləyib. O bildirib ki, Tiflis Tehrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir, beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edir.
Qeyd edək ki, İranın “Mahan Air” aviaşirkətinin Türkiyəyə reysləri də bugündən dayandırılıb.






