
Hüquqinfo.az bildirir ki,
Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb.
"Hüquqinfo.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.
"Sahil boyunca çimən üzgüçünün köpəkbalığı tərəfindən dişləndiyi barədə məlumat daxil olub", - yerli polisin bəyanatında bildirilib.
Səlahiyyətlilər hava və dəniz vasitələrinin cəlb edilməsi ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Lakin üzgüçü hücum nəticəsində ölüb.










