Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir--:--
News
Bakıda bu avtobusda sərnişinlərin üzərinə su damır - Vi...--:--
News
Energetika naziri Laçında vətəndaşları qəbul edib--:--
News
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ--:--
News
"FİNKA Azərbaycan" BOKT-un istiqrazları üzrə hərracın t...--:--
News
Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir--:--
News
Bakıda bu avtobusda sərnişinlərin üzərinə su damır - Vi...--:--
News
Energetika naziri Laçında vətəndaşları qəbul edib--:--
News
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ--:--
News
"FİNKA Azərbaycan" BOKT-un istiqrazları üzrə hərracın t...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Şamaxıda üzümçülük və şərabşılıqla bağlı konfrans keçirildi

Bugün, 15:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 18-də Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.

“Hüquqinfo.az” Hüquqinfo.az-a istinadən xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Dövlət Turizm Agentliyinin təmsilçiləri, eləcə də şərab istehsalçıları iştirak ediblər.

Sentyabrın 19-20-də Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalı ərəfəsində təşkil olunan konfransda Azərbaycanda üzümçülük və şərabçılığın mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri, yeni üzüm bağlarının salınması, aqrar dəstək mexanizmləri və subsidiyalar, istehsalın və ixrac imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışlarda bildirilib ki, son illərdə üzümçülük sahəsində yeni bağların salınmasına marağın artması bu istiqamətdə müsbət dinamikanı göstərir. Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olan məlumatlarına əsasən, ölkə üzrə üzüm bağlarının ümumi sahəsi 14 min 872,1 hektar, bar verən yaşda olan sahə isə 14 min 269,6 hektar təşkil edir. 2025-ci ildə 197,9 hektar yeni üzüm bağı salınıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 3 dəfə çoxdur. Həmin il ölkə üzrə 152 min 96 ton üzüm məhsulu yığılıb və orta məhsuldarlıq 106,6 sentner/ha təşkil edib. Bu rəqəmlər üzümçülükdə istehsal potensialının olduğunu göstərir.

Diqqətə çatdırılıb ki, bundan sonrakı mərhələdə əsas məsələ yalnız sahələrin genişləndirilməsi və istehsalın artırılması olmamalıdır. Eyni zamanda məhsuldarlıq, keyfiyyət və iqtisadi səmərəlilik yüksəldilməlidir.

Çıxışlarda üzümçülüyə dövlət dəstəyi və subsidiyalardan da ətraflı bəhs olunub. Bildirilib ki, üzümçülüyün inkişafına dövlət dəstəyi mühüm rol oynayır. Son illərdə fermerlər üçün subsidiya mexanizmləri, kənd təsərrüfatı texnikası və avadanlıqlarının əldə edilməsinə dəstək, müasir suvarma sistemlərinin tətbiqi, intensiv və super-intensiv bağların salınması istiqamətində müxtəlif dəstək alətləri tətbiq edilir. 2026-cı il üzrə subsidiya mexanizmində də üzümçülük üçün əhəmiyyətli dəstək nəzərdə tutulub. Müvafiq kateqoriyalı super-intensiv texniki üzüm bağları üçün hər hektara 16 min 500 manat, digər ərazilərdə yeni intensiv üzüm bağları üçün 8 min manat subsidiya müəyyən edilib. İşğaldan azad edilmiş ərazilərdə super-intensiv texniki üzüm bağları üçün 16 min 500 manat/ha, super-intensiv süfrə üzümü bağları üçün isə 11 min manat/ha subsidiya nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasında super-intensiv üzüm bağları üçün 14 min 700 manat/ha, intensiv üzüm bağları üçün isə 12 min 500 manat/ha subsidiya müəyyən edilib. Bu mexanizmlər fermerin yeni bağ salmaq qərarını dəstəkləməklə yanaşı, müasir və daha məhsuldar bağçılıq modelinə keçidi də stimullaşdırır.

Vurğulanıb ki, üzümçülüyün inkişafını yalnız bağların salınması ilə məhdudlaşdırmaq olmaz. Üzüm bağından əldə olunan məhsulun emalı, qablaşdırılması, brendləşdirilməsi və bazara çıxarılması da eyni dərəcədə vacibdir. Bu baxımdan 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında şərab istehsalının təşviqinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi mühüm addımdır. Proqram çərçivəsində kiçik şərab istehsalı müəssisələrinin yaradılması və modernləşdirilməsinin təşviqi, şərab istehsalının dəstəklənməsi mexanizminin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.

Tədbir çərçivəsində üzümçülük təsərrüfatlarının inkişafına dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, şərab istehsalının artırılması, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, turizm və şərabçılığın inteqrasiyası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Konfransda çıxış edənlər tərəfindən üzümçülük və şərabçılıq sahəsində mövcud potensialın daha səmərəli istifadəsi, istehsalçıların dəstəklənməsi və sektorun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib

News thumbnail
dunya

Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib

News thumbnail
dunya

Bu ölkə Rusiya ilə “savaşa” hazırlaşır - Qaçış planı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb

Bugün, 16:23
News thumbnail
Bugün
iqtisadiyyat

"PAŞA Bank" sektordakı konsolidasiyaya münasibət bildirib

Bugün, 16:19
News thumbnail
Bugün
siyaset

Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

Bugün, 16:18
News thumbnail
Bugün
cemiyyet

Qubada yol qəzasında 5 nəfər xəsarət alıb

Bugün, 16:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul edib

Bugün, 16:13
News thumbnail
Bugün
iqtisadiyyat

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

Bugün, 16:13
News thumbnail
Bugün
son xeberler

Alim Qasımov Üzeyir Mehdizadə ilə duet oxudu

Bugün, 16:12
News thumbnail
Bugün
cemiyyet

Azərbaycana gələn turistlər ən çox nədən narazı qalır? - ARAŞDIRMA

Bugün, 16:11
News thumbnail
Bugün
siyaset

Putin səs verdi

Bugün, 16:11
News thumbnail
Bugün
iqtisadiyyat

Sentyabrın 21-dək bunu etməyənlər 40 manat cərimə ediləcək

Bugün, 16:11
News thumbnail
dunya

ABŞ Çexiyanı NATO-nun kollektiv müdafiəsinə töhfəsini artırmağa çağırıb

News thumbnail
dunya

Türkiyə və İsrail ordularınun qəribə müqayisəsi