
Hüquqinfo.az bildirir ki,
Ağ Ev münaqişədən sonrakı dövrdə İranı məhdudlaşdırmaq üçün strategiya üzərində işləyir.
Regional müttəfiqlərin İranın potensial təhdidlərindən müdafiə olunmaq səylərini əks etdirən sənəd İsrail və qonşuları arasında münasibətlərin normallaşdırılmasında irəliləyişlər fonunda hazırlanır.
Portalın məlumatına görə, planlar hələ ilkin mərhələdədir; ABŞ Donald Trampın prezidentliyinin son iki ilində İranla müharibədən sonra Yaxın Şərqə yanaşmasını müəyyənləşdirmək istəyir.
Qeyd olunur ki, Amerika lideri gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırır.





