
Hüquqinfo.az bildirir ki,
Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Sergey Çepikov 59 yaşında vəfat edib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya Biatlonçular İttifaqından bildirilib ki, VII və VIII çağırış Dövlət Dumasının deputatı olan Çepikov onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.
Sergey Çepikov həmçinin keçmiş peşəkar biatlonçu və Olimpiya çempionu kimi tanınıb. O, uzun illər Rusiyanın biatlon yığmasının heyətində çıxış edib və daha sonra siyasi fəaliyyətə başlayıb.
Qeyd olunur ki, siyasətçi 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında olub.









