Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Dünən, 22:43
News thumbnail

Hüquqinfo.az bildirir ki,

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər.

Axar.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və beynəlxalq konfransın iştirakçıları adından qəbul edilən müraciətdə BMT Nizamnaməsinin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə, insan hüquq və əsas azadlıqlarına hörmət prinsipləri əsas götürülüb.

Sənəddə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, insan hüquqlarına dair beynəlxalq paktlar, habelə qayıdış hüququ, dekolonizasiya və fundamental hüquqların müdafiəsinə dair BMT-nin müvafiq sənədləri xatırladılıb.

Müraciətdə bütün xalqların beynəlxalq hüquqa uyğun olaraq öz siyasi statuslarını sərbəst müəyyən etmək, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirmək hüququna malik olduqları bir daha təsdiqlənib.

Doğma və əcdadların yaşadıqları torpaqlara təhlükəsiz və ləyaqətli qayıdışın, bununla yanaşı, mülkiyyət hüquqlarının bərpasının, mədəni, dini və tarixi irsin qorunmasının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və dekolonizasiya prinsiplərinin müxtəlif region və kontekstlərdə tətbiqinə münasibətdə qeyri-ardıcıl və selektiv yanaşmalardan narahatlıq ifadə olunub. Beynəlxalq hüquqa əsaslanan, icmaların mənalı iştirakını təmin edən dinc, inklüziv və hüquq əsaslı həll yollarının vacibliyi qeyd edilib.

Konfrans zamanı Bakı Təşəbbüs Qrupunun nümayəndələri, eləcə də qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, mədəni kimlik və tarixi ədalət məsələləri ilə məşğul olan icma və təşkilatların nümayəndələri tərəfindən səsləndirilən fikir və narahatlıqların nəzərə alındığı bildirilib.

Birgə müraciətdə konfrans iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərini Qərbi Azərbaycanda, Bonerdə, Arubada və Sen-Martendə yaşayan və ya bu ərazilərlə bağlı olan şəxslər, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının üzvləri daxil olmaqla, təsirə məruz qalmış şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının dayanıqlı sülhün mühüm tərkib hissəsi kimi təşviqinin davam etdirilməsinə çağırmağa dəvət ediblər.

Müraciətdə mənzil, torpaq və digər əmlakın restitusiya edilməsi, bunun mümkün olmadığı hallarda isə adekvat kompensasiyanın təmin olunması üçün şəffaf və əlçatan mexanizmlərin yaradılmasının təşviq edilməsi istənilib.

Sənəddə yaşayış faktını, mülkiyyət, vərəsəlik və ailə əlaqələrini təsdiq etmək üçün zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin, əmlak reyestrlərinin, arxivlərin və digər sənədlərin qorunmasının və onlara çıxışın təmin edilməsinin vacibliyinin vurğulanmasına çağırış edilib. Bunun, xüsusilə torpaq və əraziləri ilə tarixi bağları müstəmləkə hakimiyyəti və ya digər tarixi ədalətsizliklər nəticəsində təsirlənmiş icmalar baxımından əhəmiyyətli olduğu bildirilib.

Müraciətdə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin, eləcə də Boner, Aruba və Sen-Martenin, Siqh, Konqolu, Burundi və Ruanda icmalarının mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.

Konfrans iştirakçıları qayıdış, dayanıqlı həll yolları, sülh quruculuğu, özünüidarəetmə və dekolonizasiya ilə bağlı proseslərdə təsirə məruz qalmış şəxslər və onları təmsil edən təşkilatlarla substantiv məsləhətləşmələrin aparılmasının təşviq edilməsini də istəyiblər.

Bununla yanaşı, fiziki təhlükəsizlik, dövlət xidmətlərinə çıxış, mülkiyyət hüquqlarının qorunması, mədəni və dini hüquqlar, habelə yenidən məcburi köçürülməyə qarşı təminatlar daxil olmaqla, qayıdış üçün mövcud şəraitin qərəzsiz və ayrı-seçkisiz monitorinqinə çağırış edilib.

Birgə müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə, dekolonizasiya, mülkiyyət hüquqları, mədəni kimlik, ayrı-seçkilik və müvafiq icma və ərazilərə təsir edən transmilli repressiya hallarının nəzərdən keçirilməsi zamanı BMT-nin müvafiq Xüsusi Prosedurları, müqavilə orqanları və digər beynəlxalq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsinin təşviq olunması istənilib.

Sonda BMT-nin müvafiq mexanizmləri gələcək tematik fəaliyyətlərində, hesabatlarında, məsləhətləşmələrində, dövlətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətlərində bu məsələlərə lazımi diqqət yetirməyə dəvət olunub.

Eyni zamanda, Qərbi Azərbaycan, Boner, Aruba və Sent-Martin nümayəndələri, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, BMT sistemi çərçivəsində qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə və dayanıqlı həll yolları üzrə daha geniş əməkdaşlığın təşviq edilməsi çağırışı yer alıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir

News thumbnail
dunya

İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-nin cavabını gözləyir

News thumbnail
dunya

Onlar da Türkiyəni tərk edir

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

News thumbnail
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu