Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

27 sen, 18:11
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

"Hüquqinfo.az" xəbər verir ki, bəyanatda 27 Sentyabr - Anım Gününün milli yaddaşımızda xüsusi yer tutduğu qeyd olunub: "Bu gün biz, Azərbaycanın gənclər və könüllü təşkilatlarının nümayəndələri olaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hüzn və qürur hissi ilə yad edirik. Gəncə, Bərdə və Tərtər şəhərlərinə endirilən dağıdıcı zərbələr nəticəsində həlak olanlar da daxil olmaqla, bütün günahsız mülki şəxslərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Qəlbimizdə dərin yaralar açan bu faciələri xatırlayaraq bir daha bəyan edirik ki, belə müharibə cinayətləri heç vaxt unudulmamalıdır".

Bəyanatda, həmçinin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsi kimi qiymətləndirilib. "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı təxminən 30 il işğal altında olmuş ərazilərimizi azad edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və suverenliyimizin tam təmin olunmasına yol açdı. Qarabağ və Şərqi Zəngəzurdakı tarixi torpaqlarımızın azad edilməsi milli zəfər və beynəlxalq hüququn təntənəsi oldu".

Bildirilir ki, müharibədən qalib ayrılan Azərbaycan Ermənistana sülh əlini uzadaraq regional sabitliyə sadiqliyini nümayiş etdirdi. 8 avqust 2025-ci ildə iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanması ilə tarixi mərhələyə qədəm qoyuldu. Bu mühüm irəliləyiş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, inkişafı, birbaşa ticarət və nəqliyyat əlaqələrinin qurulması, eləcə də regionun hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.

Məcburi köçkünlük və işğal reallıqları ilə böyümüş Azərbaycan gəncləri üçün bu Zəfər qayıdış, yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bu torpaqlarda həyatın bərpası istiqamətində tarixi missiyanın icrasına başlanıldı. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, gələcək nəsillər üçün dayanıqlı və inkişaf edən icmalar formalaşdırılır.

Azərbaycan gəncləri üçün Böyük Qayıdışın yalnız yenidənqurma prosesi olmadığı, gənclərin təhsil, könüllülük, texnoloji innovasiyalar, yaradıcılıq və ictimai liderlik vasitəsilə bu torpaqların mədəni və iqtisadi dirçəlişində fəal iştirak etdiyi də bəyanatda xüsusi vurğulanıb.

"Bu Anım Günündə ədalətin bərpası naminə ən böyük fədakarlığı göstərmiş qəhrəman hərbçilərimizin və həlak olmuş mülki şəxslərin əziz xatirəsi önündə dərin ehtiramla baş əyirik. Onların irsi milli kimliyimizin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaqdır. İnanırıq ki, onların xatirəsinə göstərə biləcəyimiz ən böyük ehtiram üzərimizə düşən ümumi məsuliyyəti layiqincə yerinə yetirərək firavan, dayanıqlı və birlik içində olan gələcək qurmaqdır", - bəyanatın sonunda vurğulanır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir

News thumbnail
dunya

İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-nin cavabını gözləyir

News thumbnail
dunya

Onlar da Türkiyəni tərk edir

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

News thumbnail
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu