
Hüquqinfo.az bildirir ki,
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.
"Hüquqinfo.az"un məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edir.
Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.










