
Hüquqinfo.az bildirir ki,
Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazov vəzifəsindən ayrılıb.
Qeyd edək ki, E.Namazov 2024-cü ildən bu vəzifədə çalışırdı. 2018-2024-cü illərdə isə Departament daxilində Marketinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işləyib.
Xatırladaq ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionunun ən böyük quru yük limanlarından biridir.










