
Hüquqinfo.az bildirir ki,
Türkiyənin “Bursaspor” klubu hazırda azad agent statusunda olan fransalı ulduz Pol Poqbanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Dopinq cəzası səbəbindən uzun müddət futboldan uzaq qalan Poqba 2025-ci ilin yayında “Monako” ilə ikiillik müqavilə imzalayıb. Lakin tərəflər sonradan əməkdaşlığı dayandırıb və futbolçu hazırda klubsuzdur.
Məlumata görə, MLS-dən də təklifləri olan Poqba ilə “Bursaspor” rəhbərliyi əlaqə saxlayıb. Türkiyə klubunun fransalı futbolçunu transfer etmək üçün danışıqlara başlamaq istədiyi bildirilir.
Qeyd edək ki, hazırda "Bursaspor"da Azərbaycan millisinin üzvü Toral Bayramov çıxış edir.










