
Hüquqinfo.az bildirir ki,
Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Fransa NATO-nun hərbi komandanlıq strukturundan çıxmayacaq.
Axar.az xəbər verir ki, bunu Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen deyib.
“Avropanın astanasında müharibə davam etdiyi müddətdə bu istiqamətdə addım atmağın vaxtı deyil. Lakin təbii ki, bunu həyata keçirmək istəyim qüvvədə qalır”, – o qeyd edib.
Qeyd edək ki, Le Pen hələ may ayında Fransanın onun ilk prezidentlik müddəti ərzində alyansdan çıxacağını bildirmişdi. Həmin vaxt o, Ukraynadakı müharibəni şərt kimi vurğulamamışdı.









