Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəə...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan uzunmüddətli tərəfdaşlıql...--:--
News
Prezident forum iştirakçılarına müraciət ünvanladı--:--
News
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri g...--:--
News
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 9%-ə yax...--:--
News
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəə...--:--
News
Mikayıl Cabbarov: "Azərbaycan uzunmüddətli tərəfdaşlıql...--:--
News
Prezident forum iştirakçılarına müraciət ünvanladı--:--
News
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri g...--:--
News
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 9%-ə yax...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Yevlaxda Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir keçirilib

Bugün, 09:40
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Yevlax Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsinin öyrənilməsi, tarixi abidələri və adət-ənənələri” mövzusunda tədbir keçirilib.

“Hüquqinfo.az” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, İcmanın Qadınlar Şurasının sədr müavini Telli Əliyeva, İcmanın mətbuat katibi Lamiyə Əhmədova, İcma Aparatının Yerli icmalarla və nümayəndəliklərlə iş şöbəsinin müdiri Faik Kərimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ziyalıları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra iştirakçılar Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini, qədim memarlıq nümunələrini və tarixi abidələrini əks etdirən sərgi ilə tanış olublar. “Yevlax City Hotel”də davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsinin, qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Qərbi Azərbaycan ərazisində tarixən formalaşmış maddi və mənəvi irsin, qədim yaşayış məskənlərinin, tarixi abidələrin, toponimlərin, folklor nümunələrinin və adət-ənənələrin tədqiqi milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəhər rəhbəri Qərbi Azərbaycanla bağlı tarixi faktların araşdırılması, sistemləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması, həmçinin bu istiqamətdə görülən işlərin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan irsinin qorunması, öyrənilməsi və sənədləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, Qərbi azərbaycanlıların tarixi yaşayış məntəqələri, tarixi abidələri, məscidləri, qəbiristanlıqları, toponimləri və digər mədəni irs nümunələrinin araşdırılmasının əhəmiyyətini qeyd edib.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini Telli Əliyeva çıxışlarında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsinin, tarixi faktların sistemləşdirilməsinin və elmi araşdırmaların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda, həmçinin tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılmasının və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının bir qrup üzvünə üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.

Tədbirin bədii hissəsində 8-ci Muğam Müsabiqəsinin laureatı, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Sabir Hüseynovun ifasında səslənən musiqi nümunələri, həmçinin “Əməkdar mədəniyyət işçisi” Eldəniz Mustafayevin ifa etdiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

İran ABŞ-la noyabr seçkilərinədək razılaşmaya hazırdır

News thumbnail
dunya

Pezeşkian: İran ABŞ-la noyabr seçkilərinədək razılaşmaya hazırdır

News thumbnail
dunya

Bu, bizə imkan verir ki, Rusiyanın şərtləri ilə razılaşmayaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Bank sektrounun aktivləri 62 mlrd. manatı ötüb

Bugün, 10:21
News thumbnail
Bugün
siyaset

Tacikistan Baş naziri Zəfər Parkında

Bugün, 10:21
News thumbnail
Bugün
siyaset

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Bugün, 10:19

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

İran ABŞ-la noyabr seçkilərinədək razılaşmaya hazırdır

Bugün, 10:18
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 % artıb

Bugün, 10:14
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın bank sektorunun xalis mənfəəti 23 %-ə yaxın artıb

Bugün, 10:11
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb

Bugün, 10:10
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstanda həlak olan hərbçilərin sayı artdı

Bugün, 10:08
News thumbnail
Bugün
siyaset

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb

Bugün, 10:06
News thumbnail
dunya

Fransa hələ NATO-nu tərk etməyəcək, çünki... - Pen

News thumbnail
dunya

Burada 34 il sonra ilk körpə dünyaya gəldi