
Hüquqinfo.az bildirir ki,
Erməni kilsəsinin son illərdəki bəyanat və qərarları ölkədə revanşist qüvvələrin mövcudluğunu göstərir.
Hüquqinfo.az xəbər verir ki, bunu BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, partiyalar və müxtəlif ictimai-siyasi qurumların mövqeyi konyunkturadan asılı olaraq dəyişə bilər:
“Amma Erməni kilsəsinin son 3-5 ildə verdiyi bəyanatlar və qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində revanşist hislərin ən böyük institusional dəstəyi məhz bu kilsəyə aiddir”, - o vurğulayıb.










