Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Tehranda maraqlı hadisə: Hicabsız qadın marafonu - Vide...--:--
News
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib--:--
News
Ukrayna ordusu Rusiyanın 60 mln. dollarlıq radiolokasiy...--:--
News
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli koman...--:--
News
Hörmüz boğazından keçən tankerə zərbə endirilib--:--
News
Tehranda maraqlı hadisə: Hicabsız qadın marafonu - Vide...--:--
News
Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib--:--
News
Ukrayna ordusu Rusiyanın 60 mln. dollarlıq radiolokasiy...--:--
News
"Zirə"nin legioner futbolçuları ölkələrinin milli koman...--:--
News
Hörmüz boğazından keçən tankerə zərbə endirilib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb

Bugün, 12:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir.

Hüquqinfo.az-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan şəxslərin sayı 235 nəfərdir: “Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin”.

Zahid Oruc struktur və kadr dəyişikliklərinin xidmətlərin təşkilinə təsir etdiyini də bildirib: “Təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir. Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır”.

Komitə sədri həmçinin icbari tibbi sığortada deputatların belə keçə bilmədiyi baryerlərin yarandığını deyib: “Deputatlar üçün icbari tibbi sığorta haqqı kifayət qədər yüksək məbləğdir. Amma icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələr yaranıb. Bu, özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur. Vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Bu prosedur təcili müalicəyə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır”.

Zahid Oruc sərhəd kəndlərində məskunlaşmanın qorunmasının vacibliyini də vurğulayıb: “Bakının əhalisinin mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır. Bu, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil və əmək bazarına təzyiqi artırır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Kənddə elektrik və qaz tariflərini azaltmaq, ipotekanı bölgələrdə vermək, emal müəssisələrinə sıfır vergi siyasəti aparmaq, müəllim və həkimlərin ödənişlərini artırmaq lazımdır. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss etməlidir. Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bağlanmaq vəziyyətində qalırsa, kəndin özünün varlığı sual altına düşür. Bizim boşalan kəndlərimizə qayıdış proqramına ehtiyacımız var. İnsanlar həmin bölgələrdə yaşasın, ekoloji təmiz məhsul istehsal etsin və kənd turizmi inkişaf etsin”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

“Gürcü Arzusu” partiyaların ləğvi ilə bağlı konstitusiya iddiasını yeniləyib

News thumbnail
siyaset

Ella Pamfilova: "Vahid Rusiya" Dövlət Dumasında 355 yer alacaq

News thumbnail
siyaset

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakı–Ağstafa–Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək - CƏDVƏL

Bugün, 13:30
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi

Bugün, 13:28
News thumbnail
Bugün
huquq

70 yaşlı qadın polis tərəfindən saxlanıldı

Bugün, 13:25
News thumbnail
Bugün
cemiyyet

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bugün, 13:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Kəlbəcərdə tuneldə qalan ayı kömək gözlədi - Video

Bugün, 13:23
News thumbnail
Bugün
dunya

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib - VİDEO

Bugün, 13:22
News thumbnail
Bugün
huquq

“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb

Bugün, 13:20
News thumbnail
Bugün
huquq

Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb

Bugün, 13:18
News thumbnail
Bugün
dunya

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Bugün, 13:17
News thumbnail
Bugün
dunya

Vahid Rusiya Dumada bu qədər mandat əldə etdi

Bugün, 13:17
News thumbnail
siyaset

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

News thumbnail
siyaset

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb