Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
CENTCOM blokadanın bərpasından bəri 122 kommersiya gəmi...--:--
News
Məcnun Məmmədov panel sessiyada çıxış etdi--:--
News
Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatınd...--:--
News
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmı...--:--
News
RİNN, AZCON Holding və "Microsoft Ireland Operations Li...--:--
News
CENTCOM blokadanın bərpasından bəri 122 kommersiya gəmi...--:--
News
Məcnun Məmmədov panel sessiyada çıxış etdi--:--
News
Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatınd...--:--
News
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmı...--:--
News
RİNN, AZCON Holding və "Microsoft Ireland Operations Li...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı

Bugün, 20:51
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) ilk günü başa çatıb.

Axar.az xəbər verir ki, tədbirin açılışında Baş nazirin müavini Samir Şərifov Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

İlk gün çərçivəsində qlobal iqtisadi gündəmin aktual məsələləri, Azərbaycanın investisiya imkanları, regional və beynəlxalq bağlantıların inkişafı, eləcə də müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.

Forumun ilk sessiyasında iqtisadiyyat naziri Mikayıl Cabbarov “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda tədbirdə sessiyada Azərbaycanın qlobal iqtisadi dəyişikliklər fonunda strateji mövqeyi, regional bağlantı imkanları və investisiya potensialı diqqətə çatdırılıb.

Qlobal iqtisadi perspektivlərə həsr olunmuş panel müzakirəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini və “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David iştirak ediblər. Müzakirələr zamanı qlobal iqtisadi mənzərə, iqtisadi artım və investisiya mühitinə təsir edən əsas meyillər nəzərdən keçirilib.

“The European House – Ambrosetti”nin baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımı üçün mərkəzi qovşaq” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın və Cənubi Qafqazın investisiya artımı baxımından imkanları, regional bağlantılar və regionun qlobal iqtisadi sistemdə dəyişən rolu diqqətə çatdırılıb.

“Qlobal artımın, investisiyaların və bağlantıların gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsində qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma, investisiyalara və bağlantılara təsiri, regional əməkdaşlığın inkişafı və yeni iqtisadi imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Sessiyanın sonunda Azərbaycanı təmsil edən qurumlarla xarici şirkət və tərəfdaşlar arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Forumun ilk günündə həmçinin sənaye platformaları və azad iqtisadi zonalar, Orta Dəhliz, süni intellekt, innovasiya və rəqəmsal transformasiya, Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlığı, kapital bazarları, regional enerji bağlantıları və yaşıl keçid, beynəlxalq maliyyə əməkdaşlığı, aqrobiznes, kritik xammal və qlobal iqtisadi təhlükəsizlik mövzularında panel sessiyalar keçirilib.

Bununla yanaşı, Türk İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü, Afrika və Azərbaycan arasında investisiya, ticarət və artım imkanlarına həsr olunmuş tədbir, eləcə də Böyük Britaniya və Almaniya ilə əməkdaşlıq çərçivəsində xüsusi sessiyalar təşkil olunub.

Beləliklə, “AIIF 2026”nın ilk günü qlobal iqtisadi çağırışların və investisiya perspektivlərinin müzakirəsi, Azərbaycanın regional iqtisadi və investisiya imkanlarının təqdim olunması, eləcə də müxtəlif istiqamətlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yadda qalıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

CENTCOM blokadanın bərpasından bəri 122 kommersiya gəmisini yönləndirib

News thumbnail
dunya

MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib

News thumbnail
dunya

İranda İraqa aviabiletlərin satışı dayandırılıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Həmin hava limanına Berluskoninin adı verildi

Bugün, 21:20
News thumbnail
Bugün
cemiyyet

Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

Bugün, 21:20
News thumbnail
Bugün
iqtisadiyyat

10 hektardan çox ərazidə meşə sahəsi yandı

Bugün, 21:17
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizlik və sülh prosesini müzakirə edib

Bugün, 21:13

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

TDT Katibliyində dövlət bayraqları endirildi

Bugün, 21:09
News thumbnail
Bugün
iqtisadiyyat

ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir

Bugün, 21:02
News thumbnail
Bugün
cemiyyet

2 gün əvvəl qəzaya düşmüşdü

Bugün, 21:00
News thumbnail
Bugün
siyaset

Sədr İçərişəhərin avtomobillər üçün tam məhdudlaşdırılması məsələsinə münasibət bildirib

Bugün, 21:00
News thumbnail
Bugün
cemiyyet

Ərdoğanın "Koka-Kola" ilə bağlı sualı gülüş doğurdu

Bugün, 20:59
News thumbnail
Bugün
cemiyyet

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Bugün, 20:57
News thumbnail
dunya

Rusiya Kiyevdə USQ-yə aid data-mərkəzi vurdu

News thumbnail
dunya

Gürcüstan terrorçuluqda ittiham olunan Özbəkistan vətəndaşını ABŞ-a təhvil verib