Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Tramp: Si Cinpinlə danışıqlarda bütün məsələlər üzrə ir...--:--
News
10 dəqiqəyə boşandılar?--:--
News
Daha bir boksçumuz Avropa çempionu oldu--:--
News
BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilə...--:--
News
Bayramov ATƏT-in baş katibi ilə görüşdü--:--
News
Tramp: Si Cinpinlə danışıqlarda bütün məsələlər üzrə ir...--:--
News
10 dəqiqəyə boşandılar?--:--
News
Daha bir boksçumuz Avropa çempionu oldu--:--
News
BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilə...--:--
News
Bayramov ATƏT-in baş katibi ilə görüşdü--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Məcnun Məmmədov panel sessiyada çıxış etdi

Bugün, 21:52
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” panel sessiyalarla davam edib. Panel sessiyalarda dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, şirkət rəhbərləri, fermer və sahibkarlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr, aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı ilə bağlı müzakirələr aparıblar.

“Hüquqinfo.az” xəbər verir ki, Forumun 1-ci günündə “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf mövzusuna həsr olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Nəticədə son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasındadır.

Nazir Məcnun Məmmədov vurğulayıb ki, müasir kənd təsərrüfatı texnologiya, elm, informasya, maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan iqtisadi fəaliyyət sahəsinə çevrilib. Bununla belə qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhali artımı aqrar sahəyə yeni yanaşmaları zəruri edir. Nazir əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə ölkəmizdə aqrar siyasətin növbəti mərhələsi müəyyən olunub. Dövlət Proqramının əsas prioritetlərindən biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, başlıca məqsəd isə resurslardan daha səmərəli istifadə etməklə məhsuldar, davamlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sisteminin formalaşdırılmasıdır.

“AnewZ” telekanalının aparıcısı Katio Vilsonun moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən Bolonya Universitetinin Kənd təsərrüfatı və qida elmləri departamentinin professoru Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözel, “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Aqrobiznes innovasiyası ərzaq təhlükəsizliyi, diversifikasiya və kənd yerlərinin inkişafının hərəkətverici qüvvəsi kimi”, “Məhsuldarlığın artırılması üçün texnologiyaların tətbiqi, dəqiq kənd təsərrüfatı və dayanıqlı təsərrüfat təcrübələri”, “Emal imkanları, əlavə dəyər yaradan istehsal və regional və qlobal ərzaq təchizat zəncirlərinə inteqrasiya”, “Kənd təsərrüfatı, qida sənayesi və aqrotexnologiyalar üzrə investisiya imkanları və beynəlxalq tərəfdaşlıqlar” mövzuları ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi forumda xüsusi stendlə təmsil olunur. Nazirliyin stendində aqrar sektorun investisiya potensialı, innovativ layihələr, müasir aqrotexnologiyalar və kənd təsərrüfatında tətbiq olunan rəqəmsal həllər təqdim edilib.

Stenddə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən startapların innovativ layihələri nümayiş etdirilib. Təqdim olunan həllər süni intellekt və robot texnologiyalarının kənd təsərrüfatında tətbiqi, dəqiq kənd təsərrüfatı, torpaq və bitki monitorinqi, su və digər resurslardan səmərəli istifadə, heyvandarlıqda müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə və aqrar sahədə məlumatların təhlili kimi istiqamətləri əhatə edib.

Bununla yanaşı, stenddə aqrar sahədə həyata keçirilməsi nəzərdə tutulan perspektiv investisiya layihələri və investisiya imkanları barədə məlumatlar təqdim olunub. Xarici və yerli investorların diqqətinə aqrar istehsal, emal, bağçılıq, heyvandarlıq və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları çatdırılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Tramp: Si Cinpinlə danışıqlarda bütün məsələlər üzrə irəliləyiş əldə olunub

News thumbnail
siyaset

10 dəqiqəyə boşandılar?

News thumbnail
siyaset

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

"Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya yollanmağı təklif edib

Bugün, 22:21
News thumbnail
Bugün
dunya

Tramp Zelenskidən bunu istədi

Bugün, 22:20
News thumbnail
Bugün
dunya

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

Bugün, 22:15
News thumbnail
Bugün
siyaset

İçərişəhərə avtomobillərin girişi qadağan edilir?

Bugün, 22:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Amsterdamda kafedə atışma olub, ölən var

Bugün, 22:13
News thumbnail
Bugün
cemiyyet

Metroda kişi qatar yoluna tullanıb

Bugün, 22:13
News thumbnail
Bugün
cemiyyet

Metroda kişi qatar yoluna tullandı

Bugün, 22:10
News thumbnail
Bugün
siyaset

Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb

Bugün, 22:05
News thumbnail
Bugün
cemiyyet

LƏNƏTLƏNMİŞ RAHATLIQ VƏ YALANÇI XİLƏS: CƏMİYYƏT NƏ VAXT OYANACAQ?

Bugün, 22:03
News thumbnail
Bugün
iqtisadiyyat

Bu ölkədə benzin rekord qiymətə qalxdı

Bugün, 22:03
News thumbnail
siyaset

"Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya yollanmağı təklif edib

News thumbnail
siyaset

İçərişəhərə avtomobillərin girişi qadağan edilir?