
Hüquqinfo.az bildirir ki,
Britaniya Kralı III Çarlz əcdadlarının səhvlərini təkrarlamamaq üçün Şahzadə Harriyə ailəsi ilə birlikdə ABŞ-dən Böyük Britaniyaya geri qayıtmağa icazə verib.
Kral tarixçisi Endryu Launinin sözlərinə görə, monarx kiçik oğlu Harri və onun həyat yoldaşı Meqan Marklın kral ailəsindən təcrid olunmaması üçün onlara qarşı şəfqət nümayiş etdirib.
Tarixçi xatırladıb ki, 1936-cı ildə Kral VIII Eduardın taxtdan imtina etməsindən sonra hakimiyyətə gələn qardaşı Kral VI Georq və ailənin digər üzvləri onun Britaniyaya qayıtması üçün hər hansı imkanı qətiyyətlə rədd ediblər. Nəticədə, bu, VIII Eduardın faktiki sürgününə gətirib çıxarıb. Taxtdan imtina etmənin səbəblərindən biri kralın boşanmış amerikalı Uolles Simpson ilə evlənməsi olub.
Launi qeyd edib ki, III Çarlz babasının səhvlərini təkrarlamaq istəmir. Onun sözlərinə görə, əgər kral “çox qonaqpərvərlik” göstərərsə, bu, Şahzadə Harriyə güzəşt kimi qəbul edə bilər. Əksinə, məsələyə soyuqluq nümayiş etdirərsə, oğlu VIII Eduardın başına gələnləri yaşaya bilər.
Bununla belə, Harrinin böyük qarşı Şahzadə Uilyamın mövqeyi III Çarlzın yanaşmasından kəskin fərqlənir. İddia olunur ki, Uilyam “Ehtiyat” (“Spare”) adlı qalmaqallı memuarların dərc olunmasından sonra kiçik qardaşı ilə ünsiyyət saxlamır.







