
Hüquqinfo.az bildirir ki,
Tehran bəyan edib ki, ABŞ əvvəllər irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.
“Hüquqinfo.az” TASS-a istinadən xəbər verir ki, bu bəyanatı İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf verib.
O vurğulayıb ki, həmin şərtlər yerinə yetirilməyənə və İran xalqının qanuni hüquqları amerikalılar tərəfindən tanınmayana qədər Hörmüz boğazının açılması üçün ən kiçik bir ehtimal belə qalmayacaq.










