
Hüquqinfo.az bildirir ki,
Ukrayna ordusu Xerson vilayətində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dörd dislokasiya məntəqəsinə zərbələr endirib.
Məlumata görə, eyni anda dörd məntəqəyə zərbələr nəticəsində 15 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.
Bildirilir ki, dörd hədəfin eyni vaxtda vurulması Rusiya bölmələri arasında təşvişə və koordinasiya problemlərinə səbəb olub.










