
Hüquqinfo.az bildirir ki,
İraq hakimiyyəti İranla hava əlaqəsinin qismən bərpa edilməsi ilə bağlı ABŞ administrasiyası ilə danışıqlar aparır.
Məlumata görə, İraq istisna qaydasında ölkənin milli aviadaşıyıcısı “Iraqi Airways”ə İrana məhdud sayda uçuş həyata keçirməyə icazə verilməsi üçün ABŞ-a müraciət edib.
Bağdad kompromis variant kimi İrandan həyata keçiriləcək bütün reyslərin yalnız bir hava limanında – Nəcəf hava limanında qəbul edilməsini təklif edib.
Sentyabrın 8-də ABŞ İranla bağlı sanksiyalar siyahısına aviasiya daşımaları sahəsində fəaliyyət göstərən 35 aviaşirkət və digər şirkəti daxil edib.
Sentyabrın 21-də ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun sanksiyaları səbəbindən sentyabrın 23-dən etibarən İranın bütün aviaşirkətlərinin xaricə uçuşları dayandırmalı olacağını iddia edib. ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin İranın xarici tərəfdaşlarına da şamil oluna biləcəyi bildirilir.










