Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə...--:--
News
Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqa...--:--
News
Cənub Şimalı danışıqlara çağırdı--:--
News
Fransada 300 mindən çox dövlət sektoru əməkdaşı etiraz ...--:--
News
Əhməd Əl Şaraa Kaya Kallasla regiondakı vəziyyəti müzak...--:--
News
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə...--:--
News
Bakı və İrəvan sülhə doğru irəliləyir, Avropa isə Qafqa...--:--
News
Cənub Şimalı danışıqlara çağırdı--:--
News
Fransada 300 mindən çox dövlət sektoru əməkdaşı etiraz ...--:--
News
Əhməd Əl Şaraa Kaya Kallasla regiondakı vəziyyəti müzak...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verildi

Bugün, 22:45
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə – Köndələn su anbarında start verilib.

“Hüquqinfo.az” xəbər verir ki, açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ildən etibarən Suqovuşan, Köndələn və Sərsəngdə təşkil olunan avarçəkmə yarışlarının əhəmiyyətindən danışıb, idmana və idmançılara göstərilən dövlət qayğısını vurğulayıb. Nazir idmançıları növbəti idman bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Yarışlar öncəsi Köndələn su anbarında əjdaha qayıqları və kayaklarda idmançıların nümunəvi çıxışları nümayiş etdirilib. Daha sonra müxtəlif yaş qrupları üzrə yarışlara start verilib.

Milli komandamızın üzvləri Füzulidə keçirilən ilk yarış günündə 4 medal qazanıblar.

2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finiş xəttini birinci, Nuran Rəhimli isə ikinci keçib. Beləliklə, Azərbaycan komandasının aktivinə ilk qızıl və gümüş medallar yazılıb.

2010–2011-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Elmir Tarverdiyev üçüncü yeri tutub. Daha bir idmançımız Hüseyn Səmədli isə 2008–2009-cu il təvəllüdlülər arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Tədbir Füzuliyə köçən sakinlər və ətraf rayonlardan gələn idman həvəskarları tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışı sentyabrın 30-u və oktyabrın 1-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Türkiyə MMN Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb

News thumbnail
dunya

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

News thumbnail
dunya

Rusiyada qadın şəkil çəkdirmək üçün məzardan gül oğurladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Türkiyədə yol qəzasında 23 nəfər yaralanıb

Bugün, 22:07
News thumbnail
Bugün
dunya

Rusiyada qadın şəkil çəkdirmək üçün məzardan gül oğurladı

Bugün, 22:05
News thumbnail
Bugün
siyaset

Leyla Əliyeva Corc Ceykob Kuvakad ilə gələcək birgə proqramları müzakirə etdi

Bugün, 22:00
News thumbnail
Bugün
siyaset

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

Bugün, 21:57

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb

Bugün, 21:56
News thumbnail
Bugün
iqtisadiyyat

"Fars": İran Hörmüzdən icazəsiz keçmək istəyən neft tankerinə hücum edib

Bugün, 21:45
News thumbnail
Bugün
dunya

Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu

Bugün, 21:45
News thumbnail
Bugün
idman

Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb

Bugün, 21:44
News thumbnail
Bugün
cemiyyet

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Bugün, 21:42
News thumbnail
Bugün
cemiyyet

Beyləqanda yanğın: Bir neçə qəsəbədə işıq kəsildi

Bugün, 21:33
News thumbnail
dunya

Ölkəsində ilk, ərəb dünyasında ikinci oldu

News thumbnail
dunya

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq