
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 06:30-da Qax-Qorağan avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirliblər.
Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Hazırda yaralıların müayinəsi aparılaraq aldığı xəsarətlərin dərəcəsi dəqiqləşdirilir.










