Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bakıda daha bir tədbir başladı--:--
News
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq--:--
News
Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn ayda...--:--
News
İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam ...--:--
News
Neft həftəni bu qiymətlə yekunlaşdırdı--:--
News
Bakıda daha bir tədbir başladı--:--
News
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq--:--
News
Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn ayda...--:--
News
İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam ...--:--
News
Neft həftəni bu qiymətlə yekunlaşdırdı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

“21-ci əsrdə bu şəraitdə oxuyuruq”

Bugün, 09:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“XXI əsrdə dünyanın hər yerində məktəblər rəqəmsallaşdığı halda, Ləj kənd məktəbi, sanki, keçmiş əsrdə ilişib qalıb”.

Bu şikayətlə “Hüquqinfo.az”ya övladı Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta məktəbində təhsil alan Günel Rzayeva müraciət edib.

Onun sözlərinə görə, məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur: “Hansını sayım, bilmirəm. Bu məktəb Milli Qəhrəmanımız Əsgər Əliyevin oxuduğu müəssisədir. Amma akt zalı, idman zalı, texnologiya otağı yoxdur. Hər şeyi keçdik, məktəbin yeməkxanası da standartlara cavab vermir. Sinif otaqlarında işıqlandırma zəifdir. Sanitar qovşağını heç demirəm belə...

Bununla yanaşı, hərbi hazırlıq və çağırışaqədərki hazırlıq otağı da mövcud deyil. Bu səbəbdən şagirdlərə vətənpərvərlik ruhunun, ilkin hərbi biliklərin aşılanması formal xarakter daşıyır. İdman dərsini də ya torpaq sahədə, ya da sinif otaqlarında keçməyə məcbur edilirlər. Məktəbdə elektron lövhə belə yoxdur. Uşaqlarımız müasir təhsil imkanlarından məhrum edilib. Təhsil ocağı yox, baxımsız bina görüntüsü yaranıb”.

Şikayətçi həmçinin qeyd edib ki, bu problemlər arasında ən təhlükəli məqam məktəbin ərazisini əhatə edən çəpərin tamamilə yararsız vəziyyətdə olmasıdır: “Ümumiyyətlə məktəb baxımsızdır. Belə çıxır ki, istənilən şəxs rahat şəkildə məktəb ərazisinə daxil ola bilər. Bu isə həm müəllimlərin, həm də şagirdlərin təhlükəsizliyi üçün ciddi riskdir. Sabah xoşagəlməz hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Niyə kənd uşaqlarının hansı şəraitdə təhsil alması məsul şəxsləri maraqlandırmır? Aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, amma nəticə yoxdur”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən məktəbdə 2023-2024-cü illərdə təmir-bərpa işləri həyata keçirilib.

“Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz olunması, yeni təhsil müəssisələrinin tikilməsi və mövcud binaların təmiri idarənin əsas prioritet istiqamətləri sırasındadır.

Hazırda idarənin tabeliyində fəaliyyət göstərən 62 təhsil müəssisəsində təmir işləri aparılır və Bilik Günündə Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndləri, eləcə də Lənkəran rayonunun Viyən kənd tam orta ümumtəhsil məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib.

Lənkəran rayonu Natiq Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbində isə təmir işləri aparılıb. Belə ki, dam örtüyü yenilənib, mövcud sanitar qovşaq bərpa edilib, əlavə sanitar qovşaq inşa olunub, dəhlizlərdə döşəmə örtüyü dəyişdirilib, pəncərələr yenilənib, istilik sistemi isə tamamilə yenidən qurulub. Məktəb binasının uyğunlaşdırılmış olması səbəbindən burada ayrıca akt və idman zallarının, eləcə də bəzi ixtisaslaşmış otaqların təşkili üçün müvafiq imkanlar məhduddur.

Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün zəruri addımlar atılır. Adıçəkilən təhsil müəssisəsinin mövcud infrastrukturunun daha da yaxşılaşdırılması üçün dəyərləndirmələr aparılır. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”, - məlumatda qeyd edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Bakıda daha bir tədbir başladı

News thumbnail
dunya

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq

News thumbnail
dunya

İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olunub

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib

Bugün, 09:47
News thumbnail
Bugün
huquq

Qardaş ölkədə terror: ölənlərin sayı 31-ə çatdı

Bugün, 09:46
News thumbnail
Bugün
huquq

Həbsdə ölən sabiq icra başçısının binası

Bugün, 09:43
News thumbnail
Bugün
cemiyyet

Qaxda iki maşın toqquşdu: 4 nəfər... - Foto

Bugün, 09:36

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Çində "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb

Bugün, 09:35
News thumbnail
Bugün
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək

Bugün, 09:24
News thumbnail
Bugün
siyaset

Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb

Bugün, 09:19
News thumbnail
Bugün
dunya

ABŞ-ın silah-sursatı bitdi: Müttəfiqlər 5 il gözləməli olacaq

Bugün, 09:17
News thumbnail
Bugün
idman

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

Bugün, 09:09
News thumbnail
Bugün
son xeberler

Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu

Bugün, 09:08
News thumbnail
dunya

Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir

News thumbnail
dunya

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı