
Hüquqinfo.az bildirir ki,
Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının binasına dron zərbəsi nəticəsində iki akademik ölüb.
Bu barədə “UNIAN” Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodnıya istinadən məlumat yayıb.
Kiyevin mərkəzində Rusiya PUA-sı Ukrayna Milli Elmlər Akademiyasının binasına düşüb, yanğın baş verib.
"Antikor"-un xəbərinə görə, hadisə zamanı binanın daxilində insanlar olub və onlar pəncərələrdən çıxmağa çalışıblar.
Kiyev meri Vitali Kliçko əvvəlcə Şevçenkiv rayonunda PUA-nın qeyri-yaşayış binasına düşdüyünü və yanğın baş verdiyini açıqlayıb.
Qeyd edək ki, Ukrayna mediası daha sonra söhbətin Milli Elmlər Akademiyasının binasından getdiyini bildirib.










