
Hüquqinfo.az bildirir ki,
Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın Sumı şəhərinin mərkəzinə idarəolunan aviasiya bombaları ilə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə “RBC-Ukrayna” Sumı Şəhər Hərbi Administrasiyasının rəhbəri Serqey Krivoşeenkoya istinadən məlumat yayıb.
Krivoşeenko bildirib ki, şəhərin mərkəzi hissəsi, ilkin məlumata görə, üç avia bomba ilə vurulub.
Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlar arasında 11 aylıq uşaq da var.







