
Hüquqinfo.az bildirir ki,
Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti qanunu və insan haqlarını özəlləşdirə bilməzlər, hansısa insan haqları ilə bağlı qanun layihələrini alət kimi istifadə edib ölkələrə təzyiq göstərə bilməzlər.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının bugünkü - ilk iclasında deyib.
O qeyd edib ki, Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət dayandırılsa da insan haqları, insan haqlarının bərpası ilə bağlı dünyada Azərbaycan ən aparıcı rollardan birini oynayır:
Avropa Parlamenti ilə bağlı Azərbaycan Parlamentinin qəbul etdiyi qətnamə də elə-belə qətnamə deyil, çox ciddi, çox düzgün və yerində verilmiş qətnamədir. Onlar insan haqlarını, demokratiyanı, qanunun aliliyini alət kimi istifadə edib dövlətlərə təzyiq göstərə bilməzlər. Azərbaycan bütün insan haqları ilə bağlı beynəlxalq qanun layihələrini milli maraqları çərçivəsində tətbiq etməyə hazırdır".








