
Hüquqinfo.az bildirir ki,
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkədəki gərgin təhlükəsizlik vəziyyəti səbəbindən növbəti həftə üçün ABŞ-a planlaşdırılan səfərini ləğv edib.
Məlumata görə, səfər çərçivəsində Zamirin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə hərbi əməkdaşlıq və İran tərəfindən yaranan təhdidləri müzakirə etmək üçün görüşləri nəzərdə tutulurdu.
Baş Qərargah rəisi ABŞ tərəfinə bildirib ki, İsrail ordusunun bölmələrinin yüksək hazırlıq vəziyyətində olduğu şəraitdə İsraili tərk etməyi və hadisələri uzaqdan idarə etməyi məqsədəuyğun hesab etmir.








