
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki Amerika qoşunlarının gələcək addımları ilə bağlı tezliklə qərar verməlidir, çünki onların hazırkı sayı orada uzun müddət qalmalarına imkan vermir.
Axar.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tramp əvvəlcə ABŞ ordusuna İrana qarşı tammiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazır olmaq üçün ilin sonuna qədər Yaxın Şərqdəki hazırkı sayı saxlamağı əmr etmişdi.
“Axios”un mənbələri bildirib ki, ABŞ ordusu bu şəraitdə uzun müddət qala bilmədiyi üçün Tramp növbəti addımı barədə tezliklə qərar verməlidir:










