
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə çağırıb.
“Hüquqinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Bu həftə Prezident Donald Tramp dəfələrlə olan imtinalara baxmayaraq, Volodimir Zelenskini Vladimir Putinlə görüşmək məqsədilə Moskvaya səfər etməyə yenidən çağırıb”, - məlumatda deyilir.
Bildirilir ki, Zelenski bu təklifi rədd edib. Agentliyin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin bu xahişi Ukrayna liderinin narazılığına səbəb olub.






