
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib.
"Hüquqinfo.az"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.
Diplomatdan Trampın imtinasının İranın mümkün razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə əmin olmaması ilə bağlı olub-olmadığı soruşulub.
"Qismən belədir. Onlar əvvəlki razılaşmanın şərtlərini yerinə yetirməyiblər", – deyə Uolts vurğulayıb.
Bununla yanaşı, Uolts Vaşinqtonun yaxın perspektivdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olub-olmadığı barədə suala cavab verməkdən yayınıb.
Qeyd edək ki, daha əvvəl Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini açıqlamışdı.










