
Hüquqinfo.az bildirir ki,
27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan icmasının üzvlərinin, diaspor fəallarının, tələbə təşkilatlarının nümayəndələrinin və soydaşlarımızın iştirakı ilə anım tədbiri keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi "X" sosial şəbəkə hesabında yazıb.
"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib", - paylaşımda bildirilib.
🇦🇿 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Respublikasının Çexiyadaki Səfirliyində Azərbaycan icmasının üzvlərinin, diaspor fəallarının, tələbə təşkilatlarının nümayəndələrinin və soydaşlarımızın geniş iştirakı ilə anım tədbiri keçirilmişdir. Vətənimizin ərazi… pic.twitter.com/88lXmCXNjP










