Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Dünən, 12:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətindən bir nəfərin zalda olması ətrafında qardaş ölkədə bəzi media qurumları və sosial şəbəkə istifadəçilərinin başlatdığı qara kampaniyaya əhəmiyyət verməmək olar.

Əvvəla, bu cür kampaniyalar ilk dəfə deyil və hər fürsətdə Türkiyədəki bəlli qruplar hansısa bəhanədən bizə qarşı istifadə edirlər;

İkincisi, bu qara kampaniyanın cavabını adətən türkiyəli aydınlar özləri verir, bizə ehtiyac qalmır və qalmamalıdır da!

Budəfəki kampaniyanı körükləyənlər və hadisəni manipulyasiya edənlər aydındır: sanki hamı zalı tərk edib, Azərbaycan orada qalıb! Hətta süni intellektlə bəzi videolar da düzəldiblər – guya zalda qalmaq Netanyahunu alqışlamaq deməkdir.

Bu, bəsit, primitiv yanaşma ilk baxışdaca Azərbaycana qarşı türk kimliyi altında gizlənən erməni-yunan şəbəkəsinin kampaniya apardığını anlamaq üçün kifayət edir. Amma, təəssüf ki, əsl-nəsil türklər də manipulyasiya olunur.

Ötən gün Türkiyə media qurumunun sosial şəbəkə hesabında paylaşılan və minlərlə şərh yazılan “statusa” isə artıq cavab verməmək olmur! Status bu “zəif yerin” üzərində qurulub: “Dildə qardaş deməklə deyil, qardaş dar gündə tanınar!”

Azərbaycanın qardaşlığı Türkiyə ilədir, Fələstinlə deyil – baxmayaraq ki, Fələstinin haqlarını da müdafiə edirik, Fələstinə maddi-siyasi dəstək veririk, Şərqi Qüds mərkəzli Fələstin dövlətinin qurulmasını Azərbaycan rəsmən elan edib!

- 1992-ci ildə Qarabağda azərbaycanlıların soyqırımını həyata keçirən, Bakıda metroda teraktlar törədən erməni terror qruplaşmalarının Fələstində təlim keçdiyini (Yeri gəlmişkən, ASALA-nın Fələstindəki təlim düşərgələrinin koordinatlarını MİT-ə MOSSAD vermişdi),

- Yasir Ərəfatın Azərbaycan torpaqlarının işğalını təşviq edən erməni dini-siyasi liderlərlə ağız-ağıza marça-març öpüşdüyünü (videoları hər yerdə indi də qalır),

- FAT-ın ermənilərin işğal siyasətini dəstəklədiyini, Azərbaycanı ittiham etdiyini əsla və əsla unutmuruq!

Qəribədir ki, türkiyəli qardaşlarımız Birinci Dünya müharibəsində Osmanlı imperiyasının paramparça olması və İstanbul da daxil, əsas şəhərlərinin işğal edilməsinin əsl səbəbkarlarını unudublar deyəsən! Sultan Əbdülhəmidin Osmanlının bütün borclarını bağlamaları müqabilində indiki Fələstin ərazisində yəhudilərin torpaq almasına izin verməsi xahişini rədd etməsinə rəğmən, ərəblərin torpaqlarını ikiqat qiymətə şirniklənib satdığını, daha sonra isə ingilis kəşfiyyatı ilə Osmanlıya qarşı tələ qurduğunu yaddan çıxarıblar. “Ərəbistanlı Lourens” ləqəbli ingilis zabiti Tomas Edvard Lourensi xatırlamaq kifayətdir.

Canı-qanı ilə islamın müqəddəs şəhərlərini qoruyan türk əsgərlərinə arxadan bıçaq saplayan, onları kor qoyan kimdir?

O qara piarın altında Atatürkün “Türkün türkdən başqa dostu yoxdur” sözlərinə də lağ edilir. Qazi Mustafa Kamal gördüyü, müşahidə etdiyi və yaşadığı həqiqəti dilə gətirmişdi – indiki nəsil yaddaş problemi yaşayır deyə, anlamır.

Türkiyə üçün dar gün Çanaqqala savaşı idi – minlərlə azərbaycanlı Türkiyə yaşasın deyə, o dar gündə canını fəda etdi!

Türkiyə üçün dar gün İstiqlal savaşı idi – azərbaycanlılar nişan üzüklərinə qədər Atatürkün savaşına dəstək üçün göndərirdi; bolşevik Nərimanovun yardımları və Atatürkə sözləri isə bir tarixdir!

Türkiyə üçün dar gün 2023-cü il 6 fevral idi – nəyimizi əsirgədik? Qəhrəmanmaraşda Azərbaycan Məhəlləsi dar gündə qardaşın yanınızda olmasının dəlili deyilmi? Bu dəhşətli zəlzələnin ardınca başlayan seçki yarışı ərəfəsində evlərə havayı verilən qaz İranın idi, yoxsa Rusiyanın?

Türkiyə üçün dar gün total şəkildə meşələrin yandırılması idi – yüzlərlə yanğınsöndürənlərimiz aylarla orada çalışdı...

Netanyahunun BMT BA-da çıxışı Türkiyə üçün “dar günmü” oldu? Bunu hardan çıxartdınız?

Türkiyə 2024-cü ildən Suriyada fərqli bir siyasət həyata keçirir, bu siyasət İsrailin qətiyyən maraqlarına uyğun deyil.

Azərbaycan kimin yanındadır? Türkiyə hakimiyyətinin bir xahişi ilə Azərbaycan qazı Suriyaya axmadımı? Əhməd əş-Şara hakimiyyətə gələndən 6 ay sonra Bakıya səfər etmədimi?

Türkiyənin Yaxın Şərq (Liviyadan İraqa kimi) və Orta Asiya (Türküstan) siyasətində yanında ən güvənilən qardaşı kimdir?

- Müsəlman, şiə qardaşımız, qonşumuz və əhalisinin yarısı azərbaycanlı olan İran Ermənistana iqtisadi-siyasi dəstək verib, 30 il boyunca Azərbaycan torpaqlarının işğalda qalmasına çalışanda İsrail işğala qarşı mübarizəmizdə hər zaman yanımızda olub!

- İsrail heç kim Azərbaycana silah satmayanda bizə silah satıb - halbuki yəhudi Zelenski illərdir yalvarsa da, Təl-Əviv ona silah satmır;

- İsrail Fələstindən fərqli olaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini hər zaman ən yüksək kürsülərdən deyib!

İşğal bitəndən sonra isə Azərbaycanla ABŞ arasında ən yüksək səviyyədə münasibətlərin qurulmasında müstəsna rol oynayır.

Yeri gəlmişkən, Trampın Ağ Evdə kreslosunu şəxsən çəkdiyi iki lider var: Biri İlham Əliyevdir!

Bütün bunlara rəğmən Azərbaycan Qəzzada baş verənləri pisləyir, Fələstin dövlətinin qurulması vacibliyini elan edir, Mahmud Abbası Bakıda təmtəraqla qəbul edir, Ramallahda nümayəndəlik açır, Fələstinə maddi yardımlar göndərir...

Və İsrail bircə dəfə Azərbaycana ictimai şəkildə etiraz etməyib, heç yəhudilər də sosial şəbəkə hesablarında bizə qarşı narazılıq etmirlər – nəinki söyüş-təhqir!

Halbuki Azərbaycanda yaşamış və hazırda İsrailə və dünyanın müxtəlif ölkələrinə köçən yəhudilər azərbaycanlıları qardaşlarından artıq sevirlər – onlar Azərbaycanın təmənnasız lobbiçiliyini edir, təbliğatımızı aparırlar və azərbaycanlı dostlarına nələrsə yazıb, etiraz edə də bilərlər.

Türkiyə NATO-nun ən nəhəng güclərindən biridir, qüdrətli ölkədir! Ancaq Türkiyə Rusiya ilə sıx münasibətlər saxlayan nadir NATO-çudur!

Niyə Türkiyə yaxın müttəfiqlərinin yanında yer alıb, Rusiyaya sanksiyalar tətbiq etmir?

Çünki Türkiyə müstəqil dövlətdir, qərarlarını müstəqil verir və Rusiya ilə münasibətləri qoruyub saxlayır və doğru da edir. Məhz buna görə, Rusiya-Ukrayna danışıqları üçün hazırda da ən uyğun platformalardan biri Türkiyə hesab edilir.

Azərbaycan da İsraillə danışıqlar apara biləcək nadir müsəlman ölkəsindən biridir! Bunun nəyi pisdir ki!

İsraildə hakim partiya Knessetə “erməni soyqırımı” layihəsini təqdim etdi. Cəmi bir neçə ay öncə onu Knessetin müzakirəsinə imkan vermədən gündəmdən çıxaran və ümumiyyətlə o söhbəti “bağlatdıran” ölkə Azərbaycan deyildimi?

İsraillə Türkiyə, İsraillə Suriya nümayəndələri arasında görüşlər-müzakirələr Azərbaycanın sayəsində baş tutur!

İsraildən Türkiyəyə qarşı qırmızı cizgilər keçiləndə onun qarşısına ilk Azərbaycan çıxır!

İsrail problemdirsə - ərəb ölkələrinin problemidir, ilk növbədə ərəb ölkələri özlərinin “əmisi oğlu” sayılan bu xalqla münasibətlərinə aydınlıq gətirməlidirlər!

Netanyahu çıxış edərkən ərəb ölkələri zalda ola-ola Azərbaycanın zaldan çıxmadığını qabartmaq doğru yanaşma deyil!

Yəni Azərbaycanın nəyi nə vaxt necə etməyi nə qədər gözəl bacardığını Türkiyə hakimiyyəti də bilir, dəstəkləyir və qardaşının yanında olduğunu hər zaman göstərir!

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir

News thumbnail
dunya

İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-nin cavabını gözləyir

News thumbnail
dunya

Onlar da Türkiyəni tərk edir

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

News thumbnail
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu