
Hüquqinfo.az bildirir ki,
Ukraynaya fasiləsiz reaktiv dron hücumları ölkənin, əsasən də paytaxt Kiyevin rəqəmsal infrastrukturunu çökmə təhlükəsi ilə üz üzə qoyub.
"Hüquqinfo.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə danışan Baş nazir Sergey Koretskiy bildirib ki, ölkə tam internetsiz qalma təhlükəsi yaşayır.
S. Koretskiy bildirib ki, hökumət salamat qalan rəqəmsal infrastrukturun bir hissəsini yer altına, digər qismini isə xaricə köçürəcək.
Qeyd edək ki, son 5 gündə Rusiya ordusu təkcə paytaxt Kiyevdə 4 data mərkəzi, iki internet provayder ofisini məhv edib.










