
Hüquqinfo.az bildirir ki,
Ukraynaya gəmi kapitanı olmaq üçün təhsil almağa gedən azərbaycanlı tələbə Əli Mehdiyev Rusiya dornunun hücumu nəticəsində həyatını itirib.
“Hüquqinfo.az” “İTV”yə istinadən xəbər verir ki, avqustun 31-də Ukraynanın Odessa şəhərinə edilən dron hücumu nəticəsində 19 yaşlı Əli ağır yanıq xəsarətləri alıb və 6 gün ölüm-dirim savaşı verib.
“Onu hamısından çox istəyirdim. Arzuları ürəyində qaldı. Anasına deyirdi ki, işləyib-qazanacam və zəhmət haqqımdan kasıb-kusuba da verəcəm”.
Atası Vüqar Əliyev isə qeyd edib ki, Əli onlayn təhsil alırdı, amma təsdiqlənməsi üçün 190 gün Ukraynada qalmalı idi:
Anası İradə Mehtiyeva isə Əlini qərarından döndərməyə çalışsa da, buna müvəffəq ola bilmədiyini bildirib:
“Ona neçə dəfə təklif etdim ki, bəlkə başqa sənət seçəsən. Dedi ki, yox, mən gələcəyin kapitanı olmaq istəyirəm.
Həmin gün çox narahat idim. İşdə qızlar da deyirdi ki, sənə nə olub. Dedim, özümü çox pis hiss edirəm, sanki içimdə ağır bir hiss var. Atası zəng eləyəndə, hiss etdim ki, nəsə olub. Qrup yoldaşı xəstəxanaya Əlinin yanına gedəndə, son dəfə onun səsini onda eşitdim. Ağladı, dedi ki, ana, mən yandım”.
Vəziyyəti ağırlaşan Əli Mehtiyevi Lvovdakı xəstəxanaya köçürsələr də, artıq gec olub. Drondakı zəhərli qazlar onun ciyərini və qanını zəhərləyib.










