










Hüquqinfo.az bildirir ki,
Çin Sədri Si Cinpinin səhhəti onun ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində suallar doğurub.
"Hüquqinfo.az" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Si Cinpin son anda Nyu-Dehlidə BRICS sammiti çərçivəsində dünya liderləri ilə keçirilən şam yeməyində iştirakdan imtina edib.
Nəşrin mənbələrinin sözlərinə görə, buna səbəb Çin liderinin özünü pis hiss etməsi olub.
Si Cinpinin iştirak etməməsi ABŞ-yə planlaşdırılan səfərinə bir neçə gün qalmış onun səhhəti ilə bağlı fərziyyələrə səbəb olub. Nəşr qeyd edib ki, Çin liderinin səhhəti ilə bağlı suallar həm də aydın şəkildə müəyyən edilmiş varisin olmaması ilə əlaqədardır.
Bununla belə, Si Cinpinin səhhəti ilə bağlı rəsmi məlumat yoxdur. Çin lideri özü də səhhətinin pis olması barədə məlumatı təsdiqləməyib.
Si Cinpin ABŞ-yə səfər etməli və ABŞ Prezidenti Donald Trampla görüşməlidir. Hazırda Çin liderinin planlarının dəyişməsi barədə heç bir məlumat yoxdur.









