Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Qonşuda qiymətlər kəskin şəkildə yüksəlir – KİV--:--
News
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çı...--:--
News
Şirkət 475 min kompensasiya verir, ailə milyon yarım tə...--:--
News
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edil...--:--
News
İsrail ordusu “Qolani” briqadasının qüvvələrinin Livanı...--:--
News
Qonşuda qiymətlər kəskin şəkildə yüksəlir – KİV--:--
News
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çı...--:--
News
Şirkət 475 min kompensasiya verir, ailə milyon yarım tə...--:--
News
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edil...--:--
News
İsrail ordusu “Qolani” briqadasının qüvvələrinin Livanı...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Zahid Oruc: Sarkisyan və Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri BMT Baş Assambleyasının zalını tərk edib?

Bugün, 11:54
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Serj Sarkisyan və Robert Koçaryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlətinin nümayəndəsi BMT Baş Assambleyasının zalını tərk edib?

Hüquqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, BMT Baş Assambleyasının 81-ci sessiyası İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirdiyini açıq şəkildə göstərdi: “Müzakirələr qarşılıqlı ittiham, boykot və hərbi təhdidlərlə yadda qaldı.

Azərbaycan müstəqillik qazananda beynəlxalq qurumlardan gözləntiləri böyük idi. 1994-cü il sentyabrın 29-da ümummilli lider Heydər Əliyevin Assambleyadakı çıxışı ölkəmizin məruz qaldığı işğalın beynəlxalq səviyyədə tanıdılması və gələcək Zəfərin əsasını qoydu. Ona görə 32 il sonra Azərbaycan dövlətinin ədaləti təmin etməsi 81-ci sessiyanın əsas siyasi mövzusu olmalı idi. Lakin əvəzində qardaş Türkiyənin müəyyən sol və islamçı media platformalarında ölkəmiz ayrıca hədəfə alındı və xeyli müddətdir aparılan sistemli kampaniya iki dövlətin münasibətlərinə zərər vurmağa yönəldi. İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışına qarşı onlarla etirazçının plenar zalı tərk etməsi hər bir dövlətin apardığı siyasətin ölçüsünə çevrildi. Halbuki Azərbaycanın Fələstin məsələsində iki dövlətli həll variantını, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi bir günlük zal boykotundan daha əhəmiyyətlidir. On illər boyu fələstinlilərin hüquqlarını sümürən və onu geosiyasi maraqları üçün alətə çevirən mərkəzlər ölkəmizin 30 illik işğalına qarşı hansı etiraz və yardım siyasətini həyata keçiriblər? Serj Sarkisyan və Robert Koçaryan Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlətinin nümayəndəsi Nyu-Yorkdakı baş binanı tərk edib? Qəzza məsələsini dünyanın bir nömrəli problemi elan edən dairələr torpaqlarımızın azad olunmasına yox, heç olmasa indi Zəfərimizin legitimliyini tanımağa və Qarabağda Yeni Vətən quruculuğuna hansı köməyi göstəriblər? Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Ötən əsrdə o torpaqlarda qanlı toqquşmaları yaradan, indi salonu tərk edən bir çox dövlətlərdir. Emmanuel Makron İslam dünyasının rəğbətini qazanmaq üçün alovlu bir çıxış etdi, halbuki 2020-ci il noyabrın 25-də hökuməti ikinci erməni dövlətini tanımağa çağıran da məhz Fransa Senatı idi. İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpasında Marşal Planı mühüm rol oynamışdı. Azad Qarabağda ortaq “İslam və Türk Marşalı” layihəsini həyata keçirib Zəngilanda bir kəndi inşa etməyənlərin özlərini qlobal prokuror kimi aparmağa ixtiyarı yoxdur. Həmrəylik təkcə salondan çıxmaqla ölçülmür, dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən qurmaqla sübut olunur.

81-ci sessiyada mühakimə edilməli ölkə biz deyilik, icrasız qətnamələr və otuz illik münaqişəni həll etməyən beynəlxalq təşkilatlardır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini özü təmin edib və indi Qafqazda çoxəsrlik düşmənçiliyə son qoyaraq sülh erasını başladır. BMT-nin ölkəmizdən öyrənəcəyi dərs bir diplomatın kresloda qalıb-qalmamasından qat-qat böyükdür. Təklif edirik ki, BMT-nin müvafiq institutları ilə birlikdə parlamentin payız sessiyasında qlobal dünya nizamını təmin edən Zəfərimizə həsr olunan ardıcıl tədbirlər keçirilsin”.

Parlamentin komitə sədri qeyd edib ki, Zəfərin yaratdığı yeni hüquqi, sosial, iqtisadi və təhlükəsizlik reallığının qanunlarını formalaşdırmaq da Milli Məclisin üzərinə düşür: “Ermənistanla münasibətlər normallaşan kimi onun ardınca gömrük, tranzit, sərhəd ticarəti və digər əlaqələr üzrə geniş hüquqi münasibətlərin zərurəti meydana çıxacaq. Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ön plana çıxır. Təklif edirik ki, Parlamentin payız sessiyasında Cənubi Qafqazda sülh və inteqrasiya mövzusunda ardıcıl tədbirlər keçirilsin”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Qonşuda qiymətlər kəskin şəkildə yüksəlir – KİV

News thumbnail
dunya

"Reuters": İran yeddi günlük planla bağlı ABŞ-dan cavab alıb

News thumbnail
dunya

Pentaqon: ABŞ İraqdakı “Inherent Resolve” əməliyyatını rəsmən başa çatdırıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcək

Bugün, 11:50
News thumbnail
Bugün
cemiyyet

Bakıda su xəttində qəza: əraziyə texnika cəlb edildi - Foto

Bugün, 11:48
News thumbnail
Bugün
huquq

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bugün, 11:44
News thumbnail
Bugün
iqtisadiyyat

Neftçala DOST qəbul şöbəsində gün ərzində 100-ə yaxın vətəndaşa xidmət göstərilir

Bugün, 11:43

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“27 ildir o sənədləri təqdim etmirlər”

Bugün, 11:43
News thumbnail
Bugün
cemiyyet

Azərbaycanda məktəblinin meyiti tapıldı

Bugün, 11:43
News thumbnail
Bugün
iqtisadiyyat

Siyavuş Novruzov: Evlər qeydiyyatda olmadığı üçün bələdiyyələr əmlak vergisi yığa bilmir

Bugün, 11:38
News thumbnail
Bugün
cemiyyet

Şamaxıda sakinlər yolu öz hesablarına təmir edirlər - Video

Bugün, 11:38
News thumbnail
Bugün
dunya

Pentaqon: ABŞ İraqdakı “Inherent Resolve” əməliyyatını rəsmən başa çatdırıb

Bugün, 11:35
News thumbnail
Bugün
siyaset

IV MDB Oyunları 2027-ci ildə Qırğızıstanda keçiriləcək

Bugün, 11:35
News thumbnail
dunya

İranda iki nəfər edam edildi

News thumbnail
dunya

Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarılıb