Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Startaplar üçün yeni vergi güzəştləri olacaq--:--
News
Ombudsman haqqında qanuna dəyişiklik edildi--:--
News
Şahmar Mövsümov: "Rəqəmsal texnologiyalar sahəsində güz...--:--
News
Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı...--:--
News
“Associated Press”: Təl-Əvivə uçan “Flydubai”-nin pilot...--:--
News
Startaplar üçün yeni vergi güzəştləri olacaq--:--
News
Ombudsman haqqında qanuna dəyişiklik edildi--:--
News
Şahmar Mövsümov: "Rəqəmsal texnologiyalar sahəsində güz...--:--
News
Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı...--:--
News
“Associated Press”: Təl-Əvivə uçan “Flydubai”-nin pilot...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Şirkət 475 min kompensasiya verir, ailə milyon yarım tələb edir

Bugün, 12:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakının Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən fərdi yaşayış evinin söküntüsü zamanı tikinti şirkəti ilə mülkiyyətçi arasında kompensasiya məbləğinə görə ciddi qarşıdurma və gərginlik yaranıb.

“Hüquqinfo.az” Real TV-yə istinadən xəbər verir ki, münaqişənin səbəbi həmin ünvanda yerləşən Rzayevlər ailəsinin evidir.

Sözügedən sahə illər əvvəl söküləcək ərazi planına düşüb. Daha sonra “Lux Residence” şirkəti burada yaşayan sakinlərlə razılığa gələrək onların evlərini alıb, bir ailədən başqa. Rzayevlər ailəsi ilə şirkət arasında artıq 5 ildən çoxdur danışıqlar gedir. Tərəflər məhz qiymət məsələsində razılığa gələ bilmirlər. Bu illər ərzində məsələ məhkəməyə qədər gedib çıxıb. Evin və ərazidəki tikililərin dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza aparılıb. Nəticədə, evin sökülməsi qarşılığında 475 min 200 manat kompensasiya məbləği müəyyən edilib. Amma ailə bu rəqəmlə razılaşmır.

Şikayətçi Şəkər Kazımova deyir ki, məhkəmədə onların razılığı olmayan bir qiymət tərtib olunub: “Bəli, xəbərdarlıq edilib, məhkəmə də olub. Gedib məhkəmədə iştirak da eləmişik. Sadəcə olaraq məhkəmədə bizim razılığımız olmayan bir qiymət tərtib olunub. “Lux Residence” tikinti şirkəti o qiymətə bizi evdən məcburi şəkildə çıxartmağa çalışır. 475 min 200 manat evimizin dəyərindən aşağı bir qiymətdir. Mən o qiymətə razı deyiləm. Evdən çıxmaq istəmirəm, amma onlar məni məcburi şəkildə çıxartmağa çalışırlar. Mənim tələb etdiyim qiymət 1 milyon yarımdır”.

Bir tərəfdə ailənin razılığı olmadığı məbləğ, digər tərəfdə isə artıq qüvvədə olan məhkəmə qərarı var. Sakinlər qərarla müəyyən edilən məbləğlə evdən çıxmaq istəmir. Şikayətçilər deyir ki, söhbət sadəcə daş divardan getmir. Bura illərdir yaşadıqları, ata-babadan qalan mülkdür.

“Lux Residence”in hüquqşünası Saleh İskəndərov bildirib ki, qiymət də məhkəmənin dövründə aparılmış ekspertiza nəticəsində müəyyən olunub: “Hansı ki, cavabdehin 80 kvadratlıq evi və 70 kvadratlıq yarımtikilisi var. Buna uyğun qiymət müəyyən olunub və həmin məbləğin də 20 faiz artığı təklif edilib. Yasamal Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində məsələyə baxılıb, qətnamə dəyişdirilmədən saxlanılıb. Mart ayından etibarən məlumatlıdır ki, qətnamə icra olunmalıdır. Lakin bu günə qədər müxtəlif bəhanələr gətirərək icra eləmir və şirkətdən ümumilikdə milyon yarım kompensasiya tələb eləyir. Yəni mənzilə çöldən müşahidə apardıqda da, mənzilin təmirinə, ölçüsünə baxdıqda da milyon yarım, əlbəttə ki, əsassız bir tələbdir. Sadəcə vətəndaş belə deyək, əsassız varlanmaq niyyətindədir”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Startaplar üçün yeni vergi güzəştləri olacaq

News thumbnail
iqtisadiyyat

Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılması təklif olunur

News thumbnail
iqtisadiyyat

"Abşeron" yatağının tammiqyaslı işlənməsi üçün 4,2 milyard dollarlıq sərmayə tələb olunacaq

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

İsrail ordusu “Qolani” briqadasının qüvvələrinin Livanın cənubundan çıxarıldığını açıqlayıb

Bugün, 12:03
News thumbnail
Bugün
dunya

"Reuters": İran yeddi günlük planla bağlı ABŞ-dan cavab alıb

Bugün, 12:02
News thumbnail
Bugün
huquq

“O qanun 31 il bundan qabaq qəbul edilib, reallaşma mexanizmi çox zəifdir”

Bugün, 12:02
News thumbnail
Bugün
siyaset

Azərbaycanda aqrar sektorda taban qiymət mexanizminin tətbiqi təklif olunur

Bugün, 11:59

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Zahid Oruc: Sarkisyan və Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri BMT Baş Assambleyasının zalını tərk edib?

Bugün, 11:54
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılması təklif olunur

Bugün, 11:54
News thumbnail
Bugün
iqtisadiyyat

"Abşeron" yatağının tammiqyaslı işlənməsi üçün 4,2 milyard dollarlıq sərmayə tələb olunacaq

Bugün, 11:51
News thumbnail
Bugün
siyaset

Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcək

Bugün, 11:50
News thumbnail
Bugün
cemiyyet

Bakıda su xəttində qəza: əraziyə texnika cəlb edildi - Foto

Bugün, 11:48
News thumbnail
Bugün
huquq

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bugün, 11:44
News thumbnail
iqtisadiyyat

Neftçala DOST qəbul şöbəsində gün ərzində 100-ə yaxın vətəndaşa xidmət göstərilir

News thumbnail
iqtisadiyyat

Siyavuş Novruzov: Evlər qeydiyyatda olmadığı üçün bələdiyyələr əmlak vergisi yığa bilmir