
Hüquqinfo.az bildirir ki,
ABŞ Hərbi Hava Qüvvələri Amerika ordusu tərəfindən istifadə edilən Britaniyanın Ferford aviabaza yaxınlığında terrorizm ittihamı ilə beş nəfərin saxlanılmasından sonra zəruri təhlükəsizlik tədbirlərini müəyyən etmək üçün müxtəlif amilləri qiymətləndirir.
"Hüquqinfo.az"un xəbərinə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"ABŞ Hərbi Hava Qüvvələrinin 501-ci aviasiya qanadı və Böyük Britaniyada yerləşən digər bölmələri sayıqlığı qoruyub saxlayır və ABŞ hərbçilərinin, mülki şəxslərin, podratçıların və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görəcək", - açıqlamada deyilir.
Mətbuat xidməti qeyd edib ki, ABŞ hərbçiləri hərbi obyektləri, şəxsi heyəti və onların ailələrini qorumaq üçün tədbirlərin həyata keçirilməsi və ya tənzimlənməsi zərurətini müəyyən edən müxtəlif amilləri daim qiymətləndirir.










