
Hüquqinfo.az bildirir ki,
Alban-Udi xristian dini icmasının üzvlərinin Xudavəng monastır kompleksinə səfərləri başlayıb.
"Hüquqinfo.az"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, Qafqaz Albaniyasının mədəni və dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayon ərazisində yerləşən, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.
İcma üzvləri monastırda dini ayinləri yerinə yetiriblər, ibadət şamları yandırıblar, Azərbaycan xalqının rifahı və əmin-amanlıq üçün dualar ediblər.










