Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Robot blogeri rinqdə yerə sərdi - Video--:--
News
Bakıda payız sərgi mövsümü başlayır--:--
News
Ceyhun Məmmədov: Vahid məktəbli geyimi bərabərliyin və ...--:--
News
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti...--:--
News
“Zelenski qorxduğu üçün imtina etdi”--:--
News
Robot blogeri rinqdə yerə sərdi - Video--:--
News
Bakıda payız sərgi mövsümü başlayır--:--
News
Ceyhun Məmmədov: Vahid məktəbli geyimi bərabərliyin və ...--:--
News
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti...--:--
News
“Zelenski qorxduğu üçün imtina etdi”--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var

Bugün, 18:09
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoyulmasının vacibliyini bildirib.

Hüquqinfo.az xəbər verir ki, Zelenski bu barədə “X” səhifəsində ABŞ Prezidentinin müharibənin başa çatdırılması barədə çağırışına dəstək bəyanatında deyib.

“Şübhəsiz ki, Rusiyanın Ukraynaya və sağlam düşüncəyə qarşı bu müharibəsinə son qoyulmalıdır”, - o bildirib.

Zelenskinin sözlərinə görə, müharibənin ilk ilindən etibarən onun nəticələri genişmiqyaslı olub. O, çoxsaylı insan tələfatını, şəhər və kəndlərin dağıdılmasını, ərzaq təhlükəsizliyi və enerji sahəsində yaranan problemləri, həmçinin avtonom PUA-lar da daxil olmaqla texnologiyanın və zərbə imkanlarının sürətli inkişafını qeyd edib.

“Bu müharibənin hər yeni həftəsi, xüsusən də hər yeni ili getdikcə daha çox problem yaradır”, - Ukrayna Prezidenti bildirib.

Zelenski qeyd edib ki, Ukrayna müharibənin ilk dəqiqələrindən sülhə can atıb və müharibəyə son qoymaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın yeni hücumlarının qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürüb.

Onun sözlərinə görə, hazırda ABŞ Prezidenti Donald Trampla və ABŞ tərəfi ilə dialoq aparılır. Eyni zamanda, sülhə yaxınlaşmaq üçün, o cümlədən gərginliyin ciddi şəkildə azaldılmasını nəzərdə tutan təkliflər mövcuddur.

“Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı Rusiya üçün hədəf olmaqdan çıxmalıdır. Bu, bizim tərəfdən də müvafiq deeskalasiya addımlarına gətirib çıxaracaq”, - Zelenski deyib.

Ukrayna Prezidenti həll yollarının mümkün olduğunu və ölkəsinin bunun üzərində işləməyə hazır olduğunu bildirib. O, bu məsələlərin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində tərəfdaşlarla müzakirə ediləcəyini qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, müharibənin nəticələri yalnız hücuma məruz qalan ölkə ilə məhdudlaşmayacaq.

“Artıq belə olmayacaq ki, yalnız hücuma məruz qalan ölkə əziyyət çəksin. Müharibənin xarakteri indi elədir ki, təcavüzkar da əziyyət çəkəcək. Texnologiya bunu mümkün edir”, - o əlavə edib.

Zelenskinin fikrincə, dövlətlərin liderliyinin gücü deeskalasiya, təhlükəsizlik və sülhün təmin olunmasına xidmət edə bilər və etməlidir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Bakıda payız sərgi mövsümü başlayır

News thumbnail
siyaset

Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq

News thumbnail
siyaset

"Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakı-Ələt-Astara magistral yolunda yanğın olub

Bugün, 18:31
News thumbnail
Bugün
idman

Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatına qatılacaqlar

Bugün, 18:23
News thumbnail
Bugün
dunya

Zelenski: Trampla Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması məsələsi ilə bağlı dialoq aparılır

Bugün, 18:20
News thumbnail
Bugün
siyaset

Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq

Bugün, 18:16

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bugün, 18:14
News thumbnail
Bugün
idman

Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb

Bugün, 18:14
News thumbnail
Bugün
cemiyyet

Bakıda yaşayış binasında yanğın başlayıb

Bugün, 18:12
News thumbnail
Bugün
siyaset

"Eötvös Loránd" Universitetində Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Bugün, 18:10
News thumbnail
Bugün
siyaset

“PAŞA Real Estate Qrup” Gürcüstandakı layihəsi ilə bağlı ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri ilə müzakirələr aparıb

Bugün, 18:08
News thumbnail
Bugün
cemiyyet

Sürücülərə xəbərdarlıq: Yollarda görünüş məsafəsi...

Bugün, 17:59
News thumbnail
siyaset

“PAŞA Real Estate Qrup” Gürcüstandakı layihəsi ilə bağlı ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri ilə müzakirələr aparıb

News thumbnail
siyaset

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib