Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər...--:--
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
News
İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər...--:--
News
Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keç...--:--
News
“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələr...--:--
News
Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov--:--
News
Karsten Broyer NATO Hərbi Komitəsinin rəhbəri seçilib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

Bugün, 19:46
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 19-da Şamaxının Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi Üzüm və Şərab Festivalı başlayıb. Hüquqinfo.az xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir. Festivalın qonaqları milli nəfəsli və zərb alətləri kollektivlərinin ifaları ilə qarşılanıb. Şərab istehsalçılarının təntənəli paradı isə baraban şousunun müşayiəti ilə keçirilib. Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir. Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün əlamətdar hadisələrlə yadda qalır. Onun sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində bir sıra mühüm turizm və mədəniyyət obyektlərinin - otellərin, istirahət mərkəzlərinin, yaradıcılıq və mədəniyyət məkanlarının açılışı keçirilib. Bu layihələr rayonun turizm və mədəni potensialının daha da genişlənməsinə xidmət edir. İcra başçısı vurğulayıb ki, Şamaxıda həyata keçirilən inkişaf layihələrindən təkcə rayon sakinləri deyil, buraya gələn bütün qonaqlar da faydalanırlar. Tahir Məmmədov bildirib ki, artıq ənənəyə çevrilən Üzüm və Şərab Festivalı Şamaxının zəngin üzümçülük və şərabçılıq ənənələrinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, festival Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərabların tanıdılmasına xidmət edir. Nazir qeyd edib ki, Azərbaycanda üzümçülük və şərabçılıq qədim ənənələrə malik sahədir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində üzümçülük və şərabçılığın inkişafında mühüm nailiyyətlər əldə olunub. Məcnun Məmmədov üzümçülərin əməyini xüsusi vurğulayaraq bildirib ki, yüksək keyfiyyətli üzümün yetişdirilməsi, məhsulun emal müəssisələrinə çatdırılması və şərab istehsalı prosesində fermerlərin böyük zəhməti var. Nazir, həmçinin yüksək keyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini yüksək qiymətləndirib.

Daha sonra milli rəqslərimizdən nümunələr, o cümlədən üzümçülük ənənələrini özündə əks etdirən “Üzüm” rəqsi nümayiş etdirilib. Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də ölkənin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Ziyarətçilərə müxtəlif əyləncə proqramları və şoular təqdim edilib. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz üzüm məhsullarını təqdim edib. Gün ərzində müxtəlif yaş qrupları üçün təşkil olunan əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər. Festivalın balaca qonaqları üçün də maraqlı proqram hazırlanıb. Uşaq əyləncə zonasında onlar interaktiv oyunlara və müxtəlif əyləncələrə qoşulub, animatorlarla birlikdə rəqs edib əyləniblər. Axşam saatlarınadək davam edən festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olub. Qeyd edək ki, Üzüm və Şərab Festivalı sentyabrın 20-də davam edəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

News thumbnail
huquq

Badəm şərabla dolu...

News thumbnail
huquq

Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Bugün, 20:21
News thumbnail
Bugün
idman

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar

Bugün, 20:20
News thumbnail
Bugün
huquq

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bugün, 20:17
News thumbnail
Bugün
iqtisadiyyat

“Hörmüzdən 1 milyard barreldən çox neft daşınıb”

Bugün, 20:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndərib

Bugün, 20:15
News thumbnail
Bugün
siyaset

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib

Bugün, 20:15
News thumbnail
Bugün
cemiyyet

Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bugün, 20:12
News thumbnail
Bugün
dunya

Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub

Bugün, 20:07
News thumbnail
Bugün
siyaset

ABŞ-ın sanksiya siyasəti işə yaramır, çünki... - Ulyanov

Bugün, 20:07
News thumbnail
Bugün
huquq

Badəm şərabla dolu...

Bugün, 20:05
huquq

Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb

News thumbnail
huquq

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi