Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən inanılmaz--:--
News
Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlay...--:--
News
Yaşin İrəvana səfərini ləğv etdi - Təhlükə var!--:--
News
“Futbolçularımız DÇ-yə hazır deyildilər”--:--
News
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir--:--
News
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən inanılmaz--:--
News
Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlay...--:--
News
Yaşin İrəvana səfərini ləğv etdi - Təhlükə var!--:--
News
“Futbolçularımız DÇ-yə hazır deyildilər”--:--
News
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Ağdamda Natiq Qasımova həsr olunan filmin təqdimatı keçirilib

Bugün, 21:01
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı keçirilib.

“Hüquqinfo.az” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “SOY Production” şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, filmin əsas yaradıcı heyəti, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin, Milli Qəhrəman Natiq Qasımovun və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin və milli qəhrəmanların xatirəsinin daim uca tutulduğunu, onların həyat və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət göstərildiyini bildirib. O, Natiq Qasımovun həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayaraq, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə təşəkkürünü bildirib.

Çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev filmin hazırlanmasında süni intellekt texnologiyalarından istifadə olunmasını xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib. O, müasir texnologiyaların tarixi hadisələrin və qəhrəmanlarımızın həyat hekayələrinin yeni təqdimat imkanları yaratdığını qeyd edib.

Çıxış edən “SOY Production” şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva bildirib ki, “Düşmənə qarşı tək” filminin Ağdamda təqdim olunması onlar üçün xüsusi məna daşıyır. O qeyd edib ki, süni intellekt texnologiyaları ilə hazırlanan film şirkətin üçüncü belə layihəsidir. Filmin əsas məqsədinin Milli Qəhrəman Natiq Qasımovun həyatını, qəhrəmanlığını və Vətənə bağlılığını tamaşaçılara çatdırmaq olduğunu vurğulayan Dilarə Əliyeva layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya və təqdimatın təşkilatçılığına görə Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Sonda Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb

News thumbnail
son xeberler

Kanadada avtomobili izdihamın üzərinə sürdü: yaralılar var

News thumbnail
son xeberler

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Ukraynadan bu ölkələrə çağırış: Rus Evlərini bağlayın!

Bugün, 21:34
News thumbnail
Bugün
dunya

ABŞ-dan Ukraynanı sevindirəcək qərar: Milyardlıq satış...

Bugün, 21:32
News thumbnail
Bugün
dunya

İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib

Bugün, 21:29
News thumbnail
Bugün
siyaset

Paşinyan Putinlə Ermənistan dəmir yollarının konsessiyası məsələsini müzakirə etmək istəyir

Bugün, 21:26

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Şərtlərimizi irəli sürdük, cavab gözləyirik - Rzayi

Bugün, 21:23
News thumbnail
Bugün
son xeberler

Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb

Bugün, 21:14
News thumbnail
Bugün
siyaset

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Bugün, 21:14
News thumbnail
Bugün
dunya

İsrail ordusu Qəzzada avtomobilə zərbə endirdi: ölənlər var

Bugün, 21:05
News thumbnail
Bugün
cemiyyet

“Formula-1”lə əlaqədar Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti dayandırılacaq

Bugün, 21:00
News thumbnail
Bugün
idman

Rəhbərlikdən bizə qarşı aqressiya var - Sadıqov

Bugün, 20:56
News thumbnail
son xeberler

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib

News thumbnail
son xeberler

Bu rayonlara leysan yağır, Göygölə dolu düşdü